Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur
Bizi izləyin

Qırmızı.az

Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur

Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirlən monitorinq başa çatıb.

Publika.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılan monitorinq nəticələrinə əsasən, Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 88 m3/san azalaraq 491 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 3.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 4, I Şahsevəndə 4.1, Bəhramtəpədə isə 3.6 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.


Suyun oksigen rejimi bütün məntəqələrdə 6.1-7 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm