Şimali Kiprin təhsil naziri Azərbaycan diasporunun sədri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Şimali Kiprin təhsil naziri Azərbaycan diasporunun sədri ilə görüşüb

Şimali Kipr Türk Respublikasının orta ümumtəhsil məktəblərinin dərslik kitablarında Azərbaycanla bağlı mövzulara yer ayrıla bilər.

Şimali Kipr Türk Respublikasının orta ümumtəhsil məktəblərinin dərslik kitablarında Azərbaycanla bağlı mövzulara yer ayrıla bilər.

Bu məsələ Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhsil naziri Mustafa Arabacıoğlu ilə Azərbaycan Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun görüşü zamanı müzakirə edilmişdir.

Görüş zamanı nazirə Dağlıq Qarabaq münaqişəsi, ermənilərin törətdiyi Xocalı faciəsi haqqında məlumat vermiş Azərbaycanın iqtisadi inkişafından danışmışdır.

ŞKTR-nın təhsil naziri Azərbaycan Kipr Dostluq Cəmiyyətinin fəaliyyətini izlədiyini və dəstəklədiyini bildirmiş, ümumtəhsil məktəblərinin dərsliklərinə Azərbaycanla bağlı mövzuların salınması təklifinin nəzərə alınacağını qeyd etmişdir.

Görüşdə iştirak edən Azərbaycan Kipr Dostluq Cəmiyyətinin ictimai əlaqələr və mətbuat şöbəsinin müdri Cəfər Mənsimi burada təhsil alan azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğıya nazirə təşəkkür etmişdir. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm