Bakıda 32 dərəcə isti olacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Bakıda 32 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində küləkli hava şəraiti iyunun 4-də və 5-də də müşahidə ediləcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 4-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm