Nazirlikdən əlilliyi olan şəxslərə müjdə!
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən əlilliyi olan şəxslərə müjdə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyunun 10-13-də respublikanın 7 rayonunda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edəcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyunun 10-da saat 09:00-dan 13:00-dək Ucar rayon mərkəzi xəstəxanasında və saat 14:00-dan 18:00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, iyunun 11-də saat 09:00-dan 13:00-dək Bərdə rayon ƏƏSMM-nin və 14:00-dan 18:00-dək Tərtər rayon ƏƏSMM-nin inzibati binalarında olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstərəcək. Səyyar xidmət iyunun 12-də saat 09:00-dan 13:00-dək Ağdam rayon ƏƏSMM-nin inzibati binasında və 14:00-dan 18:00-dək Ağcabədi rayon mərkəzi xəstəxanasında, iyunun 13-də saat 10:00-dan 14:00-dək isə Zərdab rayon İH-nin qonaq evində davam etdiriləcək.

Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin olunacaqlar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm