Tramvaylar Bakı küçələrinə qayıdır?
Bizi izləyin

Qırmızı.az

Tramvaylar Bakı küçələrinə qayıdır?

Yaxın gələcəkdə paytaxt Bakıda tramvay xətləri yenidən bərpa olunacaq.

Bunu “a24.az”a Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib. Nazirlik rəsmisi vurğulayıb ki, artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb: “Tramvay xətlərindən daha çox istifadə edən Çexya paytaxtı Praqa şəhərində nəqliyyat nazirliyinin əməkdaşları araşdırma aparıblar. Məlum olub ki, bu şəhərdə əhalinin 95 faizi tramvaylardan istifadə edir. Praqada avtobuslar eksponat kimi hərəkət edir. Artıq paytaxt Bakıda da yaxın gələcəkdə tramvay xətlərinin bərpası mümkün ola bilər”.

Xatırladaq ki, keçmiş SSRİ-də ilk dəfə Bakıda işə salınan tramvayın böyük bir tarixi var. Hələ inqilabdan əvvəl -1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda “konka” (polad rels xətti ilə işləyən fayton) tikilib. Ancaq bu nəqliyyat neft paytaxtının tələbatını ödəmirdi. 1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxıb. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkilib. 1926-cı ilin 6 iyulunda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir.

Əvəllər Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra çətin zamanlarını yaşayıb. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırıldı. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm