Dondurmaların monitorinqinə başlandı
Bizi izləyin

Qırmızı.az

Dondurmaların monitorinqinə başlandı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma və sərinləşdirici içkilərin monitorinqini aparır.

Bu barədə Publika.az-a mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, artıq bir sıra obyektlərdə monitorinqlər aparılıb. Bu vaxta qədər dondurmalarla bağlı ciddi nöqsanlar aşkarlanmayıb.

“İçkilərlə bağlı monitorinqlərdə nöqsanlar aşkarlanmasa da, proses hələ davam edir. Əvvəlki illərin təcrübəsi göstərir ki, xüsusən regionlarda içkilərlə bağlı müəyyən nöqsanlar var. Kiçik sexlərdə müəyyən problemlər yaşanır. Tədricən onların da həll olunacağına inanırıq”.

İ.Abdullayev onu da əlavə edib ki, iaşə obyektlərində monitorinqlər ilin əvvəlində müəyyən edilmiş plan əsasında aparılır.

“Bu barədə həmin obyektlərin sahiblərinə əvvəldən məlumat verilir. Bəzən VÖEN-ləri dəyişən obyektlər olur ki, onlarda monitorinq aparmırıq. Qalan hallarda monitorinqlər yalnız şikayət əsasında aparılır. Bu il bir dondurma şirkəti özü monitorinq üçün müraciət edib. Halbuki həmin müəssisədə monitorinq planlaşdırılmamışdı. Bu müraciət əsasında bu gün əməkdaşlarımız həmin müəssisədə olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm