“Azərişıq”dan Bakı 2015 AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

“Azərişıq”dan Bakı 2015 AÇIQLAMASI

“Bakı-2015” I Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi üçün “Azərışıq” ASC bu işdə önəmli və irimiqyaslı layihələr həyata keçirib.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Olimpiya oyunlarının keçiriləcəyi obyektlərin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri bir-birindən asılı olmayan müxtəlif mənbələrdən əlaqələndirilib.

Məlumatda bildirilir ki, hər bir yarımstansiyada və obyektləri qidalandıran Transformator Məntəqələrində istismar olunan avadanlıqlar dünyanın ən inkişaf etmiş ölkələrinin texnologiyaları ilə təchiz edilib, avtomatika qurğuları, yanğın əleyhinə təhlükəsizlik avadanlıqları və.s quraşdırılıb. Bundan əlavə Olimpiya obyektlərini qidalandıran bütün yarımstansiyalar Avtomatlaşdırılmış Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulub.

Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-nin sədrinin sərəncamı ilə xüsusi Qərargah yaradılıb və hər bir qərargah üzvünün koordinasiya yeri, hərəkət trayektoriyası müəyyənləşdirilib. Bütün əlaqədar yarımstansiyalara və Olimpiya obyektlərini qidalandıran TM- lərə operativ növbətçi heyyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət “Məsul növbətçi”lər də təhkim edilib.

Məlumatda bildirilir ki, səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla təchiz edilinb, Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib. Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyyətləri ilə əks-qəza məşqləri aparır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir. Obyektlərin enerji təchizatı üzrə 24 saat növbətçilik sistemi təsdiq olunub, obyektlər maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub.

“Azərişıq” ASC, Olimpiya obyektlərinin enerji təchizatı ilə yanaşı idmançıların və mediya nümayəndələrinin yaşayış yerlərinin -Atletlər kəndinin, Media mərkəzinin o, cümlədən oyunlarla əlaqədar digər obyektlərin - mehmanxanaların, qonaq evlərinin, restoran və əyləncə mərkəzlərinin, eləcədə ölkəmizə təşrif buyuran bütün qonaqların, turistlərin mənalı istirahəti üçün respublika ərazisində yerləşən tarixi- etnoqrafik muzey və abidələrin, o cümlədən ölkəmizin bütün görməli və gəzməli yerlərinin də enerji təchizatını tam nəzarətə götürüb.

Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi “Azərişıq” ASC-nin hər bir əməkdaşının məsuliyyətini ikiqat artırıb və hər bir məsul şəxs öz vəzifəsinin icrası ilə bağlı ciddi tapşırıqlar alıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm