Çimərliklərdəki obyektlər yoxlanılacaq
Bizi izləyin

Qırmızı.az

Çimərliklərdəki obyektlər yoxlanılacaq

Respublika Gigiyena və Epidemologiya Mərkəzi (RGEM) Birinci Avropa Oyunları ilə əlaqədar paytaxtdakı çimərliklərdə monitorinqlər aparacaq.

Bu barədə RGEM-nin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Publika.az-a məlumat verib. Onun sözlərinə görə, monitorinqlər barədə Bakı Şəhər İcra Hakimiyyətindən mərkəzə müraciət edilib.

“Həmin ərazidəki iaşə, satış obyektlərində, çayxanalarda gigiyenik normalara əməl olunmasının yoxlanması Respublika Gigiyena və Epidemologiya Mərkəzinə həvalə edilib. Bakı Şəhər İcra Hakimiyyətinin bu məktubunu bütün rayonlardakı şöbələrimizə göndərmişik. Onlar bir-bir bütün obyektlərə baxış keçirəcəklər”.

İ.Abdullayev onu da əlavə etdi ki, çimərlik və sahilboyu ərazilərdəki obyektlərin bəzisi əvvəldən müəyyən edilmiş plan əsasında yoxlanılır.

“Bundan başqa, planda olmayan, xüsusən də Bakıətrafı çimərliklərdəki bütün satış obyektlərində gigiyenik normalara əməl olunması ciddi şəkildə yoxlanacaq. Bu məktub yeni göndərilib, monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm