"Azəriqaz" Lökbatanda kütləvi zəhərlənmə ilə bağlı açıqlama verdi - YENİLƏNDİ
Bizi izləyin

Qırmızı.az

"Azəriqaz" Lökbatanda kütləvi zəhərlənmə ilə bağlı açıqlama verdi - YENİLƏNDİ

Lökbatan qəsəbəsində əhalinin qazdan kütləvi zəhərlənməsində günahkar olan şəxslər barəsində yalnız hadisənin dəqiq səbəbi aydınlaşdırılandan sonra ölçü götürülə bilər. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli binanın sakinləri qazdan kütləvi zəhərləniblər. Məlumata görə, zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

Vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə çərşənbə günü qəsəbəyə qazın verilməsi məhdudlaşdırlıb.

A.Ağayevin sözlərinə görə, hazırda baş verən hadisənin səbəbləri araşdırılır və kiminsə barəsində obyektiv ölçü götürülməsi yalnız ekspertlərin müəyyən rəyindən sonra mümkün ola bilər.

A.Ağayev qeyd edib ki, hələlik qəsəbəyə qazın verilməsi bərpa edilməyib, lakin yaxın vaxtda sakinlər mavi yanacaqla təmin olunacaqlar.

10.16

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə yerindən daha öncə Trend-ə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.

"Azəriqaz"dan" daha öncə Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

"Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm