Millət vəkili qaliblərlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili qaliblərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Tovuzda idman, intelektual, gənc xilasediciliər və yanğınsöndürənlər yarışlarının qalibləri ilə görüşüb.

Millət vəkilinə rayon komandalarının uğurları haqqında ətraflı məlumat verilib. Millət vəkili qələbə qazanmış və gözəl uğurlara imza atmış gəncləri uğurları münasibəti ilə təbrik edib və bildirib ki, bu cür böyük yarışlar onların inkişafına öz müsbət təsirini göstərir. Şagirdlər arasında elmə, biliyə meylin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə,daha intelektual və daha sağlam yetişmələrinə, peşəkarlıqlarının artmasına, gələcəkdə beynəlxaql aləmdə ölkəmizi yüksək səviyəddə təmsil etməyə təkan verir.

Gənclərlə söhbət zamanı millət vəkili birdirib ki, hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq hər bir gəncimiz öz ana dilini, ədəbiyyatını və tarixini də dərindən öyrənməlidir. Qənirə Paşayeva orta məktəbdə yaxşı oxuyan şagirdlərin təhsili, problemlərlə də maraqlanıb və onlarla geniş fikir mübadiləsi aparıb. Gənclərlə bir-bir görüşən millət vəkili onlara müəyyən tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini vurğulayan millət vəkili görüşün sonunda bütün olimpiada iştirakçılarına özünün müəllifi olduğu imzalı kitabları və hədiyyələr təqdim edərək gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm