Toyuq dönəri almayın, təhlükəlidir
Bizi izləyin

Qırmızı.az

Toyuq dönəri almayın, təhlükəlidir

“Quş qripi ilə əlaqədar olaraq quş əti idxalına qoyulan məhdudiyyəti nəzərə alaraq dönərxanalarda monitorinqlərimizi gücləndirmişik”.

Bu barədə Publika.az-a mərkəzin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.

İ.Abdullayev bildirib ki, artıq monitorinqlərin aparılması üçün gigiyena mərkəzlərinə məlumat göndərilib:

“Baytarlıq idarələri tərəfindən quş qripinin ölkə ərazisində yayılmasının qarşısının alınması üçün işlər aparılır. Köçəri quşlarla ev şəraitində saxlanan quşların təmasının qarşısı alınır, monitorinqlər aparılır. Bununla yanaşı, Respublika Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən də monitorinqlər aparılır. 2006-cı ildə toyuq dönərlərinin qadağan edilməsi barədə qəbul edilmiş qərar yenidən məktub şəklində respublika ərazisindəki rayon və şəhər gigiyena mərkəzlərinə göndərilib. Bildirilib ki, toyuq dönərlərinin satıldığı obyektlərdə həmin qərarın icrasına nəzarət edilməlidir. Aşkarlanan nöqsanlarla bağlı müəyyən tədbirlər görüləcək. Toyuq dönəri satan şəxslər barədə inzibati qərarlar qəbul ediləcək. Bununla yanaşı, dönər satışı yerləri gigiyenik normalara cavab vermirsə, bununla bağlı da məhdudlaşdırıcı tədbirlər görülə bilər”.

İ.Abdullayev əlavə edib ki, bununla bağlı xəbərdarlıq məktubu yeni göndərildiyindən aparılan monitorinqlər barədə hələ ki dəqiq rəqəm yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm