İmtahan nəticələri bu gün elan ediləcək
Bizi izləyin

Qırmızı.az

İmtahan nəticələri bu gün elan ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

TQDK-dan Publika.az-a verilən məlumata görə, nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, Bakı şəhərində IX və XI siniflərdə buraxılış imtahanı iyunun 2-də keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm