Əflatun Amaşov: “Azərbaycan milli mətbuatının 140 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək”
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşov: “Azərbaycan milli mətbuatının 140 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək”

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində Bakıda səfərdə olan türkdilli dövlətlərin və topluluqların yazıçı və şairləri Mətbuat Şurasında olublar.

Publika.az-ın məlumatına görə, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, Azərbaycan mediasının keçdiyi şanlı tarixi yoldan danışıb.

Bu yaxınlarda Kazan şəhərində keçirilən türk ölkə və topluluqlarının jurnalistlərinin görüşünə toxunan Ə.Amaşov türksoylu ölkə və topluluqlarının mediası arasında əməkdaşlıq və əlaqələrin əhəmiyyətini vurğulayıb.

Şura sədri bu il Azərbaycan milli mətbuatının yaradılmasının 140 illik yubileyinin təntənəli şəkildə qeyd ediləcəyini də bildirib.

Ə.Amaşov qeyd edib ki, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və digərləri kimi ziyalılar türk xalqlarının maariflənməsi, mütərəqqi istiqamətdə irəliləməsi yolunda bir çox işlər görüblər və bu gün həmin maarifçilik ideyalarının daşıyıcıları ehtiramla yad edilir.

Mətbuat Şurasının İdarə heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov belə görüşlərin və səfərlərin türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə ən gözəl töhfə olduğunu bildirib.

Görüşdə ədəbiyyatı, əxlaqı, mənəviyyatı eyni olan türk xalqlarının müvafiq istiqamətlərdə əlaqələrini yüksək qiymətləndirilib.

Qeyd edilib ki, çağdaş dünyada türk xalqlarının zəngin mədəni irsinin, tarixi şəxsiyyətlərinin, eləcə də müasir həyat tərzi və uğurlarının beynəlxalq aləmə duyurulmasında mətbuatın, informasiya resurslarının rolu böyükdür.

Şimali Kipr Türk Respublikasının Mətbuat Şurasının sədri Züleyha Karaman, Türk Hərəkət Partiyasının və Makedoniya parlamentinin üzvü Enes İbrahim, Tatar Gəncləri Birliyinin üzvü Fanil Gilyazov, Kocaeli Yazarlar Birliyinin üzvü Alptekin Cevherli, Özbəkistanın “Şöhrət” medallı tanınmış şairi Xosiyat Rüstəmova, Özbəkistanın Qaraqalpaq muxtar qurumunun təmsilçisi, araşdırmaçı, tarixçi alim Oygül Suymənova və başqaları belə layihələrin türkdilli xalqların mədəniyyətinin inkişafına dəyərli töhfələr verəcəyini bildiriblər.

Qonaqlar təmsil etdikləri təşkilatların fəxri diplomlarını Mətbuat Şurasının sədri Əflatun Amaşova və Şuranın İdarə heyətinin üzvü İlham İsmayılova təqdim ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm