• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vağzaldan aeroporta dəmiryol xətti çəkilir

Vağzaldan aeroporta dəmiryol xətti çəkilir

Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını dəmiryol xətti birləşdirəcək.

Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, dəmiryol xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır: “Bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib. Belə ki, ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır”.

C.Qurbanov deyib ki, hazırda mühəndislərimiz bu məsələni araşdırır: "Biz körpü boyunca (avtomobil yolu vasitəsilə) aeroportun aşağı hissəsi istiqamətində çəkiləcək yeni dəmiryol xəttinin tikintisini nəzərdən keçiririk. Bakı Dəmiryolu Vağzalını aeroprtla birləşdirəcək bu xəttin uzunluğu 25 kilometr olacaq".

QSC sədrinin sözlərinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Minskin "Stadler" zavodundan aldığı yeni elektrik qatarları Bakı-Abşeron-Sumqayıt dairəvi marşrutu üzrə, sonra isə Novxanı-Pirşağı-Zabrat istiqamətində hərəkət edəcək. Elektrik qatarları Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisində yerləşən stansiya vasitəsilə yenidən Bakıya qayıdacaq".

O əlavə edib ki, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində aeroportadək hərəkət edəcək: "Layihə baxılması üçün hökumətə təqdim edilib və onun reallaşdırılması tamamilə maliyyələşdirmədən asılı olacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR