54 mindən çox şagird imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

54 mindən çox şagird imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edəcək.

Həmin gün eyni zamanda Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 22-dənetibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15: 00 -da başlanır.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin gətirməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 65 imtahan mərkəzi ayrılıb.

Həmin gün 29379 nəfərin 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 65 imtahan mərkəzi ayrılıb. Həmin gün 24774 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim ayrılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm