Zərərvericilər məhv edilir – Mingəçevirdə
Bizi izləyin

Qırmızı.az

Zərərvericilər məhv edilir – Mingəçevirdə

I Avropa Oyunlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan avarçəkmə yarışlarına görə, dezinfeksiya işləri aparılır.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, oyunlarda iştirak edəcək idmançılar və qonaqlar üçün otellərin və binaların zirzəmilərində, ətraf ərazilərində və həmin yerlərə yaxın olan qamışlıq-bataqlıq ərazilərində həşəratlara, ağcaqanadlara və digər zərərvericilərə qarşı dezinseksiya tədbirlərinin aparılması üçün aprelin 30-dan başlayaraq, 3 gün ərzində intensiv fəaliyyət təmin olunub.

Bu işin davam etdirilməsi üçün bu gündən Bakı şəhər Dezinfeksiya stansiyasının xüsusi briqadası təkrar Mingəçevir şəhərinə ezam edilib.

Təşkil edilmiş briqada yüksək ixtisaslı mütəxəssislərdən ibarət olmaqla, səpmə məsafəsi təxminən 35 metrə qədər olan ən müasir tipli “Elita 34 s 300” markalı, avtonəqliyyat üzərində qurulan dezinfeksiya səpələyicisindən istifadə edir. Həmin qurğunun nəqliyyatın keçə bilmədiyi ərazilərdə də dezinseksiya və dezinfeksiya işlərini görmək qabiliyyəti var. Belə ki, avtomat püskürməni təmin edən, uzunluğu təxminən 20 metr olan şlanq belə işləri görməyə imkan verir. Aparılan tədbirlərdə Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Mingəçevir şəhər Dezinfeksiya stansiyası da aktiv iştirak edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm