Hansı siniflər ikinci növbədə təhsil ala bilməz?
Bizi izləyin

Qırmızı.az

Hansı siniflər ikinci növbədə təhsil ala bilməz?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə ikinövbəli tədrisin təşkilinə aydınlıq gətirib.

İdarədən Publika.az-a verilən məlumata görə, I siniflər kiçik olduqları, yuxarı siniflərin isə dərs proqramı ağır olduğu üçün 1, 9, 10, 11-ci siniflərin dərs məşğələlərinin II növbədə təşkili Təhsil Nazirliyi tərəfindən tövsiyə olunur.

“Digər siniflərin hansının II növbəyə keçirilməsinə məktəb direktoru qərar verir. Lakin BŞTİ tərəfindən eyni siniflərin dərs məşğələlərinin müxtəlif tədris illərində II növbədə təşkil edilməsi tövsiyə edilmir”.

İdarədən verilən məlumatda qeyd olunur ki, bu ildən Bakının 27 saylı orta məktəbində BŞTİ tərəfindən dərs məşğələlərinin 2 növbədə təşkilinə icazə verilib.

“Məktəb rəhbərliyi bu məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib. BŞTİ-nin səlahiyyətli nümayəndəsi vəziyyətlə yerində tanış olub.

Məktəbdə 1768 şagird təhsil alır, 60 sinif komplekti, 59 sinif otağı var. Xarici dil, texnologiya fənlərinin tədrisi zamanı siniflərin qruplara bölünməsini də nəzərə aldıqda, sinif otaqlarına tələbat daha da artır. Bu səbəbdən, məktəbdə məşğələlərin ikinövbəli tədrisinə icazə verilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm