Qırmızı.az
Dərmanların qiymətlərinin tənzimlənməsi qaydası - CƏDVƏL
Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Dərman vasitələrinin bazis qiymətlərinin müəyyən edilməsinə gəlincə, tənzimlənmə bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir.
Bazis qiymətlərin müəyyən edilməsi məqsədi ilə tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Şura tərəfindən hər il üçün ən azı 5 (beş) istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin siyahısında dəyişiklik 2 (iki) ay əvvəlcədən elan edilməklə həyata keçirilir.
Dərman vasitələrinin qiymətlərinin müəyyən edilməsində istifadə olunan informasiya mənbələri Şuranın rəsmi internet saytında yerləşdirilir.
Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti |
Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə |
Aptek təşkilatı üçün əlavə |
1 |
2 |
3 |
5 manata qədər olduqda (5 manat daxil olmaqla) |
topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 faizi |
topdansatış qiymətinin 20 faizi |
5- 20 manat arasında olduqda (20 manat daxil olmaqla) |
1 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 5 manatdan çox olan məbləğinin 17 faizi |
topdansatış qiymətinin 20 faizi |
20-50 manat arasında olduqda (50 manat daxil olmaqla) |
3,55 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 20 manatdan çox olan məbləğinin 13 faizi |
topdansatış qiymətinin 20 faizi |
50-100 manat arasında olduqda (100 manat daxil olmaqla) |
7,45 manat + topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 50 manatdan çox olan məbləğinin 7 faizi |
11,49 manat + topdansatış qiymətinin 57,45 manatdan çox olan məbləğinin 13 faizi |
100 manatdan artıq olduqda |
10,95 manat+ topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin 100 manatdan çox olan məbləğinin 3 faizi |
18,45 manat + topdansatış qiymətinin 110,95 manatdan çox olan məbləğinin 11 faizi |
Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir.
Aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir.
Dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin göstərilməsinə nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.
Gülnar Əliyeva
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub