Ər və arvadı qətlə yetirən cinayətkarlar tutulub
Bizi izləyin

Qırmızı.az

Ər və arvadı qətlə yetirən cinayətkarlar tutulub

Ər və arvadı qətlə yetirən cinayətkarlar tutulub

Prokurorluq və polis orqanlarının əməkdaşları Göyçay şəhərində törədilmiş ağır cinayətin üstünü açıblar.

Publika.az xəbər verir ki, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilmişdir. “İsti iz”lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm