Qırmızı.az
DİN-dən I Avropa Oyunları tamaşaçılarına tövsiyələr
Daxili İşlər Nazirliyi (DİN) I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək tamaşaçılara özləri ilə hansı sənədləri götürmələri və hansı əşyalardan istifadədən imtina etmələrinə dair tövsiyələr verib.
Trend xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik
İdarəsinin rəisi Əziz Baqişev İTV-yə açıqlamasında deyib ki, ilk
Avropa Oyunları zamanı tamaşaçıların, eləcə də iştirakçıların
təhlükəsizlyinin təmin edilməsi məqsədi ilə biletlə yanaşı
şəxsiyyət vəsiqələrini də gətirməlidirlər. Əlavə sıxlığın
yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə
vaxtında, yəni saat 17:00-dan etibarən toplaşmaları tövsiyə olunur:
"Tamaşaçılar “ekspress” avtobuslarına minərkən onların şəxsiyyət
vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq. Sonra həmin
tamaşaçılar turniketlərdən keçəcəklər, bu zaman onlar əllərində
olan bileti və şəxsiyyət vəsiqələrini turniketin üzərində olan
xüsusi yerə yaxınlaşdıraraq içəri daxil ola biləcəklər. Sonra
tamaşaçılar xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona
buraxılacaqlar”.
Ə.Baqişev tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə
götürməməyi məsləhət görüb: “Bunlar əsasən partlayıcı, tezalışan
maddələr, priotexniki məhsullar, kəsici-deşici alətlər, şüşə
qablarda olan hər hansı maye, iri həcmli çantalar və irihəcmli
digər əşyalar stadiona buraxılmayacaq. Qadağan olunmuş əşyaların
siyahısı tamaşaçılara satılan biletlərə qoşma şəkildə əlavə
olunub”.
Qeyd edək ki, I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşlarından ibarət 25 min qüvvə cəlb olunub. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR