Bakı metrosunda intihara cəhd edən gəncdən xəbər var
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda intihara cəhd edən gəncdən xəbər var

Ötən gün “Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında baş verən faciəli hadisə zamanı ağır xəsarət alan gəncin kimliyinin müəyyənləşdirilməsində problem yaranıb.

Martın 5-də saat 17 radələrində “Ulduz” sytansiyasında 20-25 yaşlarında kişi qatarın perrona girişi zamanı özünü relsin üzərinə atıb.


Hadisə nəticəsində gənc ağır bədən xəsarəti alıb.



Belə ki, onun sağ qolunun bir hissəsi bədənindən ayırılıb. Bundan başqa, baş-beyin travması alan şəxsin üzü də parçalanıb. Yaralı Elmi-Tədqiqat Ortopediya Travmotologiya İnstitutuna yerləşdirilib.



İnstitutun qəbul şöbəsinin müdiri Eyvaz Hacıyev isə AzNews.az-a açıqlamasında bildirilib ki, xəstənin vəziyyəti ağırdır: “Ötən gün yaralının üzərində cərrahi əməliyyat həyata keçirilib və gəncin sağ qolu bazu hissədən amputasiya edilib. Həmçinin, üz nahiyəsində olan açıq yaralar da tikilib. Xəstə bütün lazımı dərman pereparatları ilə təmin olunub”.



Şöbə müdiri əlavə edib ki, göstərilən bütün zəruri tibbi yardıma baxmayaraq, xəstənin səhhəti ağır olaraq qalır: “Təəssüf ki, bu saata qədər xəstənin kimliyi və yaxınları müəyyən edilməyib. Hazırda polis onun kimliyinin və yaxınlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlərini davam etdirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm