• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlikdən xarici dilin tədrisi ilə bağlı AÇIQLAMA

Nazirlikdən xarici dilin tədrisi ilə bağlı AÇIQLAMA

Bu il buraxılış imtahanında iştirak edəcək 991 nəfər məktəblərində xarici dil keçilmədiyinə görə kimya fənnindən imtahan verəcək.

Təhsil Nazirliyi məktəblərdə xarici dilin tədris edilməməsinə aydınlıq gətirib.

Nazirlikdən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, ölkədə yetərincə xarici dil müəllimi var.

“Hər tədris ilində xarici dillər üzrə Təhsil Nazirliyinə təqdim edilən vakant yerlər müsabiqəyə çıxarılır. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakçılar arasında xarici dil müəllimləri sayca üstünlük təşkil edir.

Ötən dərs ilində xarici dillər üzrə 192 vakant yerə 3 mindən çox ixtisaslı xarici dil müəllimi müraciət edib və ciddi müsabiqə şəraitində bütün vakant yerlər tutulub. Əvvəlki illərdə də nəticələr buna oxşar olub. Qeyd edilənlər göstərir ki, ölkədə kifayət qədər xarici dil müəllimi vardır. Hər hansı bir ümumtəhsil müəssisəsində ixtisaslı xarici dil müəlliminin olmaması bir sıra məktəblərdə şagird sayının normativlərdən xeyli az olması və bu səbəbdən dərs yükünün 1-5 saat təşkil etməsi ilə bağlı ola bilər. Belə hallarda da vakant dərs yükünün tədrisi üçün əvəzçilik qaydasında ixtisaslı müəllimlər cəlb edilir”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il keçirdiyi buraxılış imtahanlarında iştirak edən şagirdlər ana dili və riyaziyyatla yanaşı, xarici dildən də imtahan verir. Xarici dil tədris edilməyən məktəblərin şagirdləri isə kimya fənnindən imtahan verir. Bu il 991 şagird məktəblərində xarici dil tədris edilmədiyinə görə kimyadan imtahan verib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR