Dünya universitetlərində oxumaq istəyən şagirdlər sabah imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

Dünya universitetlərində oxumaq istəyən şagirdlər sabah imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da növbəti SAT imtahanını keçirəcək.

İmtahan iyun ayının 6-da saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A (xəritəyə keçid) ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.


Bu imtahanının nəticələri iyun ayının 25-i imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.


İyun ayının 6-dan sonra, TQDK tərəfindən keçiriləcək növbəti SAT imtahanlarına qeydiyyat iyunun 12-dən başlanacaq. Onlayn qaydada TQDK-nın rəsmi saytında qeydiyyatdan keçə bilər.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm