Dəmir yolu nəqliyyatında “qaynar xətt” yaradılıb
Bizi izləyin

Qırmızı.az

Dəmir yolu nəqliyyatında “qaynar xətt” yaradılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “qaynar xətt” xidməti yaradılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, dəmir yolu nəqliyyatında sərnişinlərə və digər hüquqi şəxslərə göstərilən xidmətin səviyyəsinin müasir standartlara çatdırılması məqsədilə daxil olan müraciət və sorğuların qəbulu, operativ cavablandırılması üçün “qaynar xətt” xidməti yaradılıb.

"Qaynar xətti" xidmətinin nömrəsi 1822-dir.

Yığım qaydası aşağıdakı kimidir:

Bakı şəhərinin sabit telefon şəbəkəsi abunəçiləri və mobil telefon abunəçiləri üçün “1822”, bölgədəki sabit telefon şəbəkəsi abunəçiləri üçün isə “012 1822” yığılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm