Muzeylərin iş saatı dəyişdi
Bizi izləyin

Qırmızı.az

Muzeylərin iş saatı dəyişdi

Birinci Avropa Oyunları ilə əlaqədar olaraq daha iki muzeyin iş saatında dəyişiklik edilib.

Publika.az-ın məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı I Avropa Oyunları ilə əlaqədar üçnövbəli iş rejimində çalışır.

“Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar İçərişəhərdə yerləşən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı hər gün (1iyundan – 30 iyunadək) saat 10:00-dan 21:00-dək üç növbəli iş rejimində çalışır.

Muzey-sərgi zalının rəhbəri, institutun şöbə müdiri. Fərhad Quliyevin sözlərinə görə, binanın I mərtəbəsində son illərin arxeoloji qazıntıları zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrindən ibarət ekspozisiya zalı, II mərtəbədə isə “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsinin təşkil etdiyi sərgi xarici qonaqların böyük marağına səbəb olur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin də iş rejimində dəyişiklik edilib. İyunun 1-dən bazar günü istisna olmaqla, hər gün səhər saat 10:00-dan axşam 20:00-a kimi muzeyə gələn əcnəbi və yerli qonaqlar bu mədəniyyət ocağının qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verən ekspozisiyası ilə tanış olurlar. Onlara görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı qablar və digər maddi mədəniyyət abidələri haqqında məlumatlar verilir.

Muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə təqdim edilən müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ziyarətçilərin xüsusi marağına səbəb olur. Qonaqlara həm Azərbaycan, həm də rus və ingilis dilllərində xidmət göstərilir.

Qeyd edək ki, muzey ikinövbəli iş rejimində iyunun 30-dək fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm