“Kanal D”-nin yayımı dayandırıldı – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Kanal D”-nin yayımı dayandırıldı – RƏSMİ AÇIQLAMA

Bir neçə gündür Azərbaycanda Türkiyənin “Kanal D” televiziya kanalının yayımı dayandırılıb. İlk olaraq bu qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovun Publika.az-a bildirdiyinə görə, yayımın dayandırılmasına səbəb müqavilənin bağlanmamasıdır:

“Azərbaycanda yayımlanan kanallar “Azərspace” peykində test üsulu ilə yayımlanırdı. Test yayımı başa çatdıqdan sonra isə onların yayımı davam etdirməsi üçün müqavilə bağlanmalı idi. Bu, təkcə bir kanala şamil edilməyib. Digər Türkiyə və Rusiya kanallarının da test üsulu bitdikdən sonra müqavilə ilə yayımını bərpa etmişdik. İndi test bitib, kim ki müqavilə bağlayır, onun yayımı davam edir. Müqavilə bağlamayanların isə yayımı dayandırılır. Hazırda “Kanal D” ilə müqavilə bağlanılması ilə bağlı danışıqlar aparılır”.

Hələ ki yalnız bir kanalın yayımının dayandırıldığını deyən M. Əmirovun sözlərinə görə, vaxtı bitdikdən sonra digər kanallarla bağlı da eyni addım atılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm