Deputat dəhşətli qətldən danışdı
Bizi izləyin

Qırmızı.az

Deputat dəhşətli qətldən danışdı

“Bu cür psixoloji sarsıntı içində olan ailələri, ana və ataları ictimai nəzarətdə saxlayan, onların problemləri ilə maraqlanan və minimum səviyyədə də olsa həll etməyə çalışan bir real mexanizm olmalıdır”.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa bu gün baş verən dəhşətli qətlə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, hadisə dərindən araşdırılmalıdır: “Bu dəhşətdə cinayəti eşitmədim, duymadım. İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanov evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib. Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Artıq bu kimi hadisənin qarşısını qanunu sərtləşdirməklə də almaq mümkün deyil. Qadının vəziyyətinin stabil olduğunu yazırlar. İki övladını boğaraq öldürən qatil ananın hansı stabil vəziyyətindən danışmaq olar? Bu hadisə ciddi təhlil olunmalıdır. Burada psixi pozuntu, yoxsulluq, işsizlik, şiddətə məruz qalmaqdan təngə gələrək belə bir davranışa yol vermək kimi amillər ola bilər. Ancaq adam birbaşa intihar etməyib ki... İki körpəni qətlə yetirəndən sonra intihara cəhd edib. Məni ən çox düşündürən sonuncu cümlədir: "uşaqları heç kimə əmanət etmirəm". Allaha da əmanət etmədiyini açıqca söyləyir. Zatən satanizmin əsas tezislərini bilərəkdən-bilməyərəkdən yazısında dilə gətirir”. Real mexanizmin yaradılmasının vacib olduğunu deyən F.Mustafa problemli ailələrin uçota alınmasının fayda verəcəyini bildirib:

“Bu cür psixoloji sarsıntı içində olan ailələri, ana və ataları ictimai nəzarətdə saxlayan, onların problemləri ilə maraqlanan və minimum səviyyədə də olsa həll etməyə çalışan bir real mexanizm olmalıdır. Sovet sistemində insana dəyər verməsələr də, onunla hər zaman maraqlanırdılar. Bizdə də bu cür problemli ailələrin uçotu aparılmalı, heç olmazsa, onlarla maraqlanılmalıdı ki, bu cür mümkün faciələri qismən də olsa qabaqlamaq imkanı olsun. İnsan şeytanın yolu ilə gedərək öz həyatına qəsd etdikdə belə övladlarını dövlətə, qohuma, qonşuya, dosta və ya başqasına əmanət etməyəcək qədər etimadını və sevgisini itirməməlidir. Bu etimad və sevginin itirilməsində hər birimizin az da olsa insana, onun problemlərinə biganəlik payımız var. Daha nə deyim, Ayan və Ayşə adlı o iki cənnət cocuğu qarşısında Allah günahlarımızı bağışlasın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm