Əliyevdən Ərdoğana böyük jest
Bizi izləyin

Qırmızı.az

Əliyevdən Ərdoğana böyük jest

Türkiyənin Kanal D televiziya kanalının Azərbaycanda yayımına qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub. Bir neçə gün idi ki, bu telekanal Azərbaycanın efir məkanına buraxılmırdı. Bu gün isə məlum oldu ki, telekanalın ölkəmizdə yayımı dayandırılıb.

Həmçinin, ATV Plus kabel televiziyası özünün Feysbuk hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb. Avropa.info xəbər verir ki, artıq Kanal D telekanalının əvəzinə Azərbaycanın efir məkanına buraxılan telekanalın adı bəlli olub. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və AK Partiyanın təbliğat maşınlarından olan Kanal 7 telekanalıdır.

Qeyd edək ki, Kanal D və CNN Türk Azərbaycana və Türkiyə hakimiyyətinə xüsusi nifrəti ilə seçilən, ABŞ xüsusi xidmət orqanları ilə yaxın əlaqələrinin olduğu deyilən "Doğan Holdinq"in rəhbəri Aydın Doğana məxsusdur. Samanyolu Haber kanalı isə Türkiyədə terror fəaliyyətində təqsirli bilinən, hazırda ABŞ-da Penselvaniya ştatında yaşayan Fətullah Gülənə bağlıdır. Samanyolu kanalının Xocalı faciəsinin 23-cü ildönümündə bu hadisə haqqında hər hansı reportaj, hətta xəbər tipli məlumat belə yaymaması Türkiyə və Azərbaycanda ciddi narazılığa səbəb olmuşdu. Siyasi təhlilçilər isə bu hadisəni Əliyev-Ərdoğan münasibətlərində yeni mərhələ hesab edirlər. CNN Türk, Kanal D və Samanyolu Haber Türkiyə hakimiyyətinə, konkret olaraq, Ərdoğana qarşı böhtan, şantaj dolu kampaniya aparır. Türkiyədə bu kanalların sahiblərinin konkret olaraq ABŞ-dan idarə edildiyi bildirilir.

Aydın Doğan və Gülən mediasının Azərbaycana və onun hökumətinə qarşı da böhtan kampaniyası aparması məlumdur. Aydın Doğana məxsus media hətta qondarma "Dağlıq Qarabağ Respublikası"na jurnalist ezam etməkdən belə çəkinməyib. Uzun müddət Türkiyə-Ermənistan sərhədinin açılmasını təbliğ edən də məhz Doğan mediasıdır. Gülənə məxsus media isə saxta erməni soyqırımı ərəfəsində ermənilərə dəstəyini ifadə etdi. Bundan başqa, Xocalı faciəsinin 23-cü ildönümündə Gülən mediasının göstərdiyi mövqe bulanıq suların durulmasına səbəb oldu. Bundan əvvəl isə Fətullah Gülənin Bakıdakı təhsil strukturları qapadılmışdı.

Görünən odur ki, bu proses davam edəcək. Nəticə etibarı ilə Bakının atdığı bu addım Türkiyə-Azərbaycan, Əliyev-Ərdoğan münasibətlərinin daha da dərinləşməsinə səbəb olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm