Bakıda sərnişin avtobusları tam yenilənəcək - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda sərnişin avtobusları tam yenilənəcək - FOTO

Bakıya yeni gətirilən “İveco” markalı komfortlu avtobusların sonrakı aqibətinə aydınlıq gətirilib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni gətirilən avtobuslar Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra sərnişinlərə xidmət göstərəcək.

Onun sözlərinə görə, Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilən “İveco” markalı avtobuslar paytaxtın mərkəzində işləyən marşrut xətlərində işləyəcək.

“Əsasən mərkəzdəki avtobus xətlərinə verəcəyik. Bundan əlavə də, gələcəkdə super komfortlu avtobuslar gətirəcəyik. Çalışırıq ki, vətəndaşlarımıza yüksək səviyyəli xidmətlər göstərilsin. Daha əvvəlki kimi sınıq-salxaq sərnişin avtobusları işləməyəcək. Qısa vaxt ərzində paytaxtın bütün sərnişindaşıma ilə məşğul olan avtobusları tamam yenilənəcək”, - deyə Namiq Həsənov bildirib.

Qeyd edək ki, bu ilin aprel ayında Bakıya yeni 300 ədəd “İVECO” markalı yeni sərnişin avtobusları gətirilib. Yeni avtobuslar Avropa standartlarına tam cavab verir.

Həmin avtobuslar Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.

Yeni avtobuslardan əlillər də istifadə edə bilər.

Yeni avtobuslar I Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə sərnişinlərin ixtiyarına veriləcək. Həmin avtobusları idarə etmək üçün xüsusi geyimli sürücülər ayrılıb. Həmin sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm