Yağış yağacaq, külək əsəcək, şimşək çaxacaq - SABAH
Bizi izləyin

Qırmızı.az

Yağış yağacaq, külək əsəcək, şimşək çaxacaq - SABAH

Sabah Azərbaycanda havanın temperaturunun nisbətən aşağı düşəcəyi, müxtəlif yerlərdə şimşək çaxacağı, yağış və dolu yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam saatlarında buludluluğu artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 18-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 7-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm