Tbilisi prospektində “Oyunlar zolağı”nın yeri dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Tbilisi prospektində “Oyunlar zolağı”nın yeri dəyişdirildi

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Qeyd edək ki, bundan öncə anoloji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılmışdı.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda “Oyunlar zolağı” ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm