• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda qan donorlarının sayı artıb

Azərbaycanda qan donorlarının sayı artıb

Azərbaycanda son 10 il ərzində qan donorlarının sayı 3 dəfədən də çox artıb.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Gənc Qan Donorlarının II Forumunda çıxış edən Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib.

O bildirib ki, bu günə qədər qanvermə aksiyalarında iştirak edən donorların hamısı könüllülər olub və öz qanlarını təmənnasız olaraq veriblər.

P.Hacıyeva qeyd edib ki, 2010-cu ildə respublika üzrə 46530 nəfər donorluq edərək qan veribsə, 2014-cü ildə bu rəqəm 56,2 faiz artaraq 72697 nəfər olub. Donorların sayının artması ilə bağlı olaraq tədarük edən qan və qan kompanentlərinin miqdarı artıb.

Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilibsə, 2014-cü ildə bu rəqəm 71,2 faiz artaraq 36 ton 193 litrə yüksəlib. Ümumilikdə keçən ildə Mərkəzi Qan Bankına 41606 nəfər donorluq edərək qan verib ki, bu qanların 35 faizi, yəni 14556 vahid eritrosit kütləsi və 104 vahid plazma talassemiyalı xəstələrə köçürülmək üçün istifadə edilib.

Mərkəzi Qan Bankının müdiri deyib ki, bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir.

Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.

Azərbaycanda ilk qan köçürülməsi və bu baxımdan qan donorluğu 76 illik tarixə malik olduğunu xatırladan P.Hacıyeva əlavə edib ki, ilk dəfə ölkədə 1927-ci ildə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə uğurla qan köçürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR