Xoşqədəmin atası Rusiyadakı oğlundan danışdı...
Bizi izləyin

Qırmızı.az

Xoşqədəmin atası Rusiyadakı oğlundan danışdı...

ANS-in efirində yayımlanan "Xoşqədəmlə axtarıram səni" verilişində maraqlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, verilişin aparıcısı Xoşqədəm Hidayətqızının atası verilişə gələrək Rusiyada oğlunun olması barədə səslənən iddialardan danışıb.

Belə ki, aparıcısı Xoşqədəm Rusiyadan qardaşının olması barədə məktub aldıqlarını və məktubda Olqa adlı qadınla atasının tanış olduğunun yazıldığını deyib: "Ancaq atamın bundan xəbəri yoxdur".

Xoşqədəmin atası Hidayət isə 1976-cı ildə deyil, 1982-ci ildə Leninqradda olduğunu deyib: " Xoşqədəmlə uşaqlarımın içində ata-övlad münasibətlərimzdən əlavə dost münasibətimiz də var. Əgər övladım olsaydı, ortaya çıxardı. Mən heç kimə, xüsusilə ailəyə xəyanət edən olmamışam".

Xoşqədəm Hidayətqızı məsələyə belə nöqtə qoymağa çalışıb: Atamla ana 59 il birlikdə olub. Bu zaman ərzində anam qısqanc olduğu atamı yalnız buraxmayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm