• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Səhiyyə Nazirliyindən Lökbatandakı qaz zəhərlənməsi ilə bağlı rəsmi AÇIQLAMA

Səhiyyə Nazirliyindən Lökbatandakı qaz zəhərlənməsi ilə bağlı rəsmi AÇIQLAMA

Səhiyyə Nazirliyi Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində ötən gün günorta saatlarında məişət qazından kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.Az-ın verdiyi xəbərə görə, martın 5-i saat 19:00 radələrində Səhiyyə Nazirliyinin 103 Təcili Tibbi Yardım stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsi sakinləri tərəfindən kütləvi zəhərlənmə ilə əlaqədar müraciətlər daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal hadisə yerində gəlmiş və 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyub:

“Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə Təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub. Daxil olmuş vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilmiş və həyati təhlükə olmadığı üçün bu gün səhər saatlarında evlərinə buraxılıb”.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR