" Açıq hökumət"lə bağlı milli konfrans keçiriləcək
Bizi izləyin

Qırmızı.az

" Açıq hökumət"lə bağlı milli konfrans keçiriləcək

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi may ayında “Açıq hökumətin təşviqi” - Vətəndaş Cəmiyyəti və Hökumət Dialoqu” adlı Milli Konfransın keçirilməsi” adlı Milli Konfrans keçirəcək.

Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi "Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət planı"n icrasına nəzər salaraq, bu istiqamətdə vətəndaş cəmiyyətinin və hökumətin əldə etdiyi uğurlara və eyni zamanda hələ də həllini tapmamış problemlərin həll yolları barədə müzakirə aparılacaq: “ Bu layihədə ən önəmli məqsəd hökumətlə vətəndaş cəmiyyətinin dialoqunun təşkilidir. Biz çalışacağıq ki, bu konfransda beynəlxalq təəcrübədən faydalanaraq müsbət elementlərə nəzər salaq.”

Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşacaq layihədə beynəlxalq ekspertlət, millət vəkilləri, diplomatlar, vətəndaş cəmiyyəti və medianın iştirakı nəzərdə tutulub. Müzakirələr zamanı irəli sürülən təkliflər birlik tərəfindən müvafiq qurumlara təqdimat ediləcək

Publika.Az

Əlaqə

+99412449 59 26

Oxumağa davam et
Reklam
Reklam

Gündəm