Ekologiya Nazirliyindən meteohəssas insanlara XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Ekologiya Nazirliyindən meteohəssas insanlara XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 9-11-də günorta saatlarında isti diskomfort şəraitinin bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilməsi ilə bağlı xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 9-11-də Abşeron yarımadasında meteoamillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

İyunun 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm