• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

TQDK bölgələrdə imtahanlardan "2"-"3" alanların sayını açıqladı

TQDK bölgələrdə imtahanlardan "2"-"3" alanların sayını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz, eləcə də, Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin, həmçinin Zaqatala, Qax və Balakən rayonlarında yerləşən və tədrisi gürcü dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahan nəticələrini açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, 9-cu sinif keçirilmiş buraxılış imtahanında iştirak edənlərin ana dili üzrə 6229-u (21.65%) “2”, 12933-ü (44.96%) “3”, 5782-si (20.10%) “4”, 3821-i (13.28%) “5” qiymət alıb.

Riyaziyyat üzrə 7746 nəfər (26.74%) “2”-i, 11475 nəfər (39.61%) “3”, 6052 nəfər (20.89%) “4”, 3697 nəfər (12.76%) “5” qiymət alıb.

Tədrisi ingilis dilində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmədə orta ümumtəhsil müəssisəsi məktəblərində 5 nəfər “2” (4.67%), 29 nəfər “3” (27.10%), 56 nəfər “4” (52.34%), 17 nəfər “5” (15.89%) alıb.

Tədrisi gürcü dilində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmədə orta ümumtəhsil müəssisəsi məktəblərində 21 nəfər “2”(21.43%), 63 nəfər “3” (64.29%), 13 nəfər “4” (13.27%), 1 nəfər isə “5” (1.02)alıb.

11-ci sinif şagirdlərinin imtahan nəticələrinə əsasən, ana dilindən 5075 nəfər (20.92 %) “2”, 8878 nəfər (36.60%) “3”, 5942 nəfər (24.50%) “4”, 4361 nəfər (17.98%) “5” alıb. Riyaziyyatdan 5373 nəfər (22.03 %) “2”, 8569 nəfər (35.13%) “3”, 6868 nəfər (28.16%) “4”, 3583 nəfər (14.69 %) “5” alıb.

Xarici dil üzrə 4695 nəfər (19.45%) “2”, 10480 nəfər (43.41%) “3”, 5236 nəfər (21.69%) “4”, 3733 nəfər (15.46%) “5” alıb.

Kimya fənni üzrə 56 nəfər (22.49%) “2”, 148 nəfər (59.44%) “3”, 31 nəfər (12.45%) “4”, 14 nəfər (5.62%) “5” alıb.

Tədrisi ingilis dilində olan orta məktəblərdə riyaziyyatdan 2 alan olmayıb, 1 nəfər (3.33%) “3”, 25 nəfər (83.33) “4”, 4 nəfər (13.33%) “5” alıb.

Bu məktəblərdə xarici dildən də 2 alan olmayıb. 1 nəfər (3.45%) “3”, 8 nəfər (27.59%) “4”, 20 nəfər (68.97%) “5” alıb. Bu məktəblərdə cəmi bir nəfər kimya fənnindən imtahan verib, “3” alıb.

Tədrisi gürcü dilində olan orta məktəblərdə 25 nəfər (23.36%) “2”, 61 nəfər (57.01%), “3”, 19 nəfər (17.76%) “4”, 2 nəfər (1.87%) “5” alıb. Xarici dildən isə 13 nəfər (12.15%) “2”, 57 nəfər (53.27%) “3”, 28 nəfər (26.17%) “4”, 9 nəfər (8.41%) “5” alıb.

Qeyd edək ki, tədrisi ingilis və gürcü dillərində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR