BBC: İslamofobiyadan irəli gələn anti-Azərbaycan təbliğatı
Bizi izləyin

Qırmızı.az

BBC: İslamofobiyadan irəli gələn anti-Azərbaycan təbliğatı

Bakıda 1-2 milyard dollarlıq çöp axtaran media nəhəngi Londonda 15 milyardlıq tiri niyə görmək istəmir?

2015-ci ilin ən mötəbər idman festivalı olan İlk Avropa Oyunlarının başlanmasına çox qısa vaxt qalır. “Köhnə qitə”nin idman tarixində əlamətdar hadisə olacaq Avropa Oyunları 50 milli olimpiya komitəsindən 6000-dən artıq atleti bir araya gətirəcək.

Qeyd edək ki, Avropa Oyunlarının keçirilməsi ideyası uzun illər müzakirə mövzusu olub və sonda qitə yarışlarının idmanın inkişafına verəcəyi töhfələr nəzərə alınaraq yeni, innovativ oyunların təşlkili haqqında qərar qəbul edilib. “Bakı-2015” ilk Avropa Oyunlarının önəmli cəhəti həm də ondan ibarətdir ki, yarış proqramına daxil edilən 20 idman növünün 12-si üzrə atletlər “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə və bu mühüm idman yarişmasini ümumavropa bayramına çevirməklə bir daha göstərdi ki, təkcə enerji təhlikəsizliyi sahəsində deyil, həm də humanitar sahədə Avropa üçün önəmli tərəfdaş ola bilər.

Təəssüf ki, idman yarışması yaxınlaşdıqca Azərbaycana qarşı təşkil olunan hücumların intensivləşməsi Avropa dairələrinin ölkəmizə qarşı münasibətinin heç də səmimi olmadığını göstərir. Belə demək mümkündürsə, əgər 2012-ci ildə Azərbaycana qarşı qarayaxma kampaniyasının lokomotivi rolunda Almaniya çıxış edirdisə, indi bu çirkin missiyanın Böyük Britaniyaya keçdiyini iddia etmək olar. Ən azından son bir neçə gündə BBC, Guardian, İndependent, Sandy Times kimi nəşrlərin Azərbaycan və l Avropa Oyunları ahaqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallar verməsi, Platform London adlı təşkilatın Avropa Oyunlarının sponsoru olan BP-yə qarşı təzyiq kampaniyası təşkil etmədi, Azərbaycanın Londondakı səfirliyi qarşısında aksiya keçirmək niyyəti bunu deməyə əsas verir.

Xüsusilə Britaniyanın ən böyük mediakorporaiyası olan BBC-nin Azərbaycana qarşı davamlı mənfi münasibətinin daha da kəskinləşməsi, onun ölkəmizə qarşı qarayaxma cəhdlərinin daha ifrat xarakter alması müşahidə olunur. Təsadüfi deyil ki, BBC Qərb və xüsusilə Britaniya mediası üçün bir növ rolunu üzərinə götürməklə tezis formasında müxtəlif absurd məslələləri qaldırır, sonra isə bu mövzular digər media orqanlarında da aktiv şəkildə müzakirə olunmağa başlayır. BBC-nin tezislərindən biri Azərbaycan hökümətinin guya Avropa Oyunlarının təşkilinə fantastik məbləğlər xərcləməsini nəzərdə tutur. İddia edilir ki, guya hazırlıq dövründə həyata keçirilən hər bir tədbir, görülən hər bir iş Azərbaycanın təbliği məqsədi daşıyır və bir başa bu yarışlarla bağlıdır. BBC neftin qiymətinin aşağı düşməsi və Azərbaycanın gəlirlərinin azalması səbəbindən “ölkənin bu xərclərin altından necə çıxacağından narahatlığını ifadə edir” və oyunların tamamilə “mənfəətsiz” olduğu iddiasını irəli sürür. Maraqlıdır, görəsən Britaniya mediası hansı səbəbdən Azərbaycana bu qədər can yandırır? Nəyə görə BBC-ni Azərbaycanın bu vəziyyətdən necə çıxacağı, nə edəcəyi Britaniyanın özünün daxili problemlərindən daha çox maraqlandırır? Görəsən 2012-ci ildə bütün dünyada iqtisadi böhran vəziyyəti hökm sürəndə BBC öz hökuməti qarşısında 15 milyard dolların Olimpiadaya xərclənməsinin nə dərəcədə məqsədəuyğun olub-olmaması məsələsini niyə qaldırmadı? Olmaya London Olimpiadası rentabellik rekordu vurdu? Xeyr. Çünki London Olimpiadası vaxtə əldə olunan gəlir cəmi 52 milyon 800 min funt təşkil etdi. Digər tərəfdən, olimpiadanın Londonda keçirilməsi qərarından əvvəl Beynəlxalq Olimpiya Komitəsinə müraciətlər təqdim ediləndə, Britaniya hökuməti bu tədbirə 4.2 milyard fiunt sərf edəcəyini açıqlamışdı. Görəsən olimpiada büdcəsinin 2 dəfədən çox şişirdilməsi BBC-ni niyə narahat etmirdi? Yaxud BBC elə bir olimpiya oyunlarını göstətə bilərmi ki, orada gəlir çəkilən xərcə çatsın, yaxud da onu üstələsin?! Nəyə görə BBC Kanada hökumətinin XVll Panamerika Oyunlarına 2.5 milyard xərc çəkib cəmi 150 milyon Kanada dolları qazanmaq ehtimalı barədə heç nə demir?

Azərbaycana gəldikdə, bu ölkə hər zaman idman infrastrukturunun inkişafına böyük önəm verib. Azərbaycanda idman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul ediləndə, hər bölgədə İdman Olimpiya kompleksi tikiləndə, Bakıda möhtəşəm idman arenaları yaradılanda l Avropa Oyunları miqyaslı tədbirin keçirilməsi gündəlikdə yoxuydu. Bakıya ilk Avropa Oyunlarının ev sahiblik hüququ 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verildi. Tarix gün kimi aydındır. Avropa Oyunlarında yarışların keçiriləcəyi və yeni inşa olunan 5 idman qurğusundan 3-ü - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası və Bakı Su İdmanı Sarayının tikintisinə başlanılması və ya bu barədə göstərişin verilməsi Avropa Oyunlarının keçirilməsi barədə qərardan daha əvvələ təsadüf edir. Belə ki, Milli Gimnastika Arenasında tikinti işlərinə 2009-cu ilin avqustun 26-da başlanılıb, Bakı Olimpiya Stadionun təməli isə 2011-ci ilin iyunun 6-da qoyulub. Daha bir möhtəşəm arena - Bakı Su İdmanı Sarayının tikintisi barədə Prezident İlham Əliyev 2012-ci ilin avqustun 30-da sərəncam verib. Göründüyü kimi, BBC-nin Avropa Oyunlarında idman arenalarının tikintisinə hökümətin iri həcmli maliyyə resurslarının ayırması fikri qərəzdən və əsasız anti-təbliğatdan başqa bir şey deyil. Ümumiyyətlə, olimpiada və qitə oyunları kimi multi-idman yarışlarının ev sahibləri bundan mənfəət qazanmaq məqsədi güdmürlər.Beynəlxalq olimpiya və idman dəyərlərinin inkişafına töhfə vermək, idman vasitəsilə xalqları bir-birinə daha da yaxınlaşdırmaq, ölkənin beynəlxalq nüfuzunu, siyasi və iqtisadi gücünü nümayiş etdirməkdir. Belə oyunları təşkil etmək böyük təcrübədir ki, onu da maddi dəyərlə ölçmək yalnız BBC kimi mənfəət hərislərinin işidir.

Bu il Avropa Oyunları ilə yanaşı Amerika qitəsini əhatə edən Pan Amerika oyunları da keçiriləcək. Yarışa iyulun 10-da start veriləcək. Nədənsə, BBC bu barədə “araşdırma” aparmaq həvəsində deyil. Pan Amerika Oyunlarına Kanadanın Toronto şəhəri ev sahiblik edəcək və yarışın büdcəsi 2.5 milyard dollardır. Təkcə atletlər kəndinin inşasına 567 milyon dollar xərclənib. Təhlükəsizlik tədbirlərinə 190 milyon, nəqliyyata 70 milyon, məşəl yürüşünün təşkilinə isə 60 milyon dollar xərclənib. Görəsən BBC bir məşəlin gəzdirilməsinə 60 milyon dollar xərc çəkilməsi ilə niyə maraqlanmır? Yenə də qayıdaq 2012-ci il London Olimpiadasına. Ekspertlər hesab edirlər ki, 30-cu Yay Olimpiya Oyunlarının təşkilində, büdcə xərclərində kifayət qədər çatışmazlıqlar və şübhəli məqamlar olsa da, BBC “Fair” prinsipinə yenə riayət etmədi. Ən azından, bu medianəhəng Britaniya QHT-lərinin olimpiadaya çəıkilən xərclərin 15 milyarddan ən azı 3 dəfə çox olması barədə irəli sürülən ittihamları araşdırmalıydı.

Bir sözlə, yuxarıda sadalanan minimum faktlar BBC-nin nə qədər əsassız, yalan və ucuz təbliğat maşını olduğunu üzə çıxarır. Bu təbliğat ruporu həm də mahiyyətcə islamofob və anti-türk informasiya siyasəti ilə məşhurlaşmağı bacarıb. Bir müsəlman ölkəsinin mütərəqqi ideyalara sadiqliyi, inkişafı, güclənməsi, qlobal səviyyyəli tədbirlərə ev sahibliyi etmək qüdrəti onu və sahiblərini qıcıqlandırmaya bilməz. İslamofob dəyərləri rəhbər tutan BBC kimi struktiurların təqdimatında müsəlman ölkələri geridə qalmış, daxili problemlər, qarşıdurma və münaqişələr məngənəsində sıxılan obrazda təqdim olunur. Azərbaycan kimi inkişaf edən, regional mərkəz olan, müstəqil siyasət yürüdən ölkələr Qərb təbliğatının və onun BBC kimi ruporlarının dünyagörüşünə yaddır. 2012-ci ildə Ramin Hakimovu neft gölməçəsinin fonunda təqdim etməklə Azərbaycanı aşağılayan BBC indi həmin gölməçələrin yerində möhtəşəm partkların, dünyaya səs salan tikililərin olmasını həzm edə bilmir. Bakı Avropanın idman həyatında ilkə imza atmaqla və onun standartlarını müəyyənləşdirməklə, ən əsası, dinamik inkişaf edən müsəlman ölkəsinin yeni müasir simasını təqdim etməklə irqçi, islamofob dairələrin və onların BBC kimi təbliğat vasitələrinin bütün səylərini heçə endirir.

VA Analitik Mərkəzi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm