Şəmsəddin Hacıyev yeni rektorla görüşdü
Bizi izləyin

Qırmızı.az

Şəmsəddin Hacıyev yeni rektorla görüşdü

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhvil-təslim prosesi gedir.

Bu barədə Teleqraf.com-a ADİU-dən məlumat verilib.

Universitetdən bildirildi ki, eks-rektor Şəmsəddin Hacıyev hazırda kabinetində yeni rektor Ədalət Muradovla görüşür. Gün ərzində rektora aid bütün sənədlər Ə.Muradova təqdim olunacaq və onun ADİU-nun rəhbər heyətilə görüşü təşkil ediləcək. Yaxın günlərdə isə Ə.Muradov müəllim və tələbə heyətinə təqdim olunacaq.

Ş.Hacıyev mətbuata açıqlamasında bildirib ki, o, universitetdə kafedra müdiri olaraq qalır və elmi-pedaqoji fəaliyyətimi davam etdirəcək.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ədalət Muradov yeni rektor təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm