Qırmızı.az
Sürücülərin nəzərinə: Yollarla bağlı son vəziyyət
İyunun 9-da birinci Avropa Oyunlarının sonuncu təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə sürücülərə alternativ yollarla hərəkət etməyi, eləcə də 20 gün ərzində şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.
Publika.az-ın məlumatına görə, bu barədə İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Oyunların sınağının keçirilməsinin yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaratdığını vurğulayan V.Əsədov qeyd edib: “İyunun 9-da səhər saatlarından etibarən məşqlər tam başa çatanadək yollarda görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar paytaxtın Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsindən başlayaraq, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionu, Aeroport şosesi, Mərdəkan dairəsi və Zuğulba qəsəbəsinə doğru, eləcə də əks istiqamətdə geriyə, həmçinin “Cavanşir” körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, habelə Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün arenalar və onlara bitişik küçə və prospektlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir.
Bu məqsədlə sürücülərə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, yəni “Meyvəli” bazar ətrafından Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat, Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də BDYPİ-nin yanından keçərək Digah yolundan istifadə etməlidirlər. Eyni zamanda, Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsi, Yusuf Səfərov - 28 May küçələrinin kəsişməsindən hərəkət istiqamətləri dəyişdirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətinə gələnlərdən isə Suraxanı ərazisindən keçərək Bakıxanov, Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət etmələri xahiş olunur. Paytaxtın Xətai rayonunda Nəcəfqulu Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq olacaq”.
Sürücü və avtomobil sahiblərini 20 gün ərzində şəxsi avtomobillərindən istifadədən imtina etməyə çağıran bölmə rəisi bildirib: “Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq, bir daha sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələri, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, sürücünü birinci Avropa Oyunları ilə əlaqədar “Avtomobilsiz 20 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır”.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü