Elmar Qasımov “Ən yaxşı rektor” seçilib
Bizi izləyin

Qırmızı.az

Elmar Qasımov “Ən yaxşı rektor” seçilib

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azerbaycan Universitetleri” Facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci tədris ili üçün "Ən yaxşı rektor" müsabiqəsinin qalibi seçilib.

Publika.az-ın məlumatına görə,bu barədə sözügedən səhifənin admini Zöhrab Süleyman həmin səhifədə məlumat verib.

Belə ki, universitetlərin reytinq lideri olan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mövsüm ərzində hədsiz aktivliyinə, tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsl nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi Ali Məktəbin media ilə əlaqələrinin daha sıx olmasına və digər universitet tələbələri arasında keçirilən simvolik səsvermədə üstün olmasına (41%) görə bu ada layiq görülüb.

Xatırladaq ki, buna qədər səhifədə keçirilən ilk 2 yarışmada BDU rektoru, akademik Abel Məhərrəmov və ADA Universitetinin rektoru Hafiz Paşayev qalib olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm