QMİ sədri Qazaxıstana gedir
Bizi izləyin

Qırmızı.az

QMİ sədri Qazaxıstana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.

QMİ-dən Publika.az-a verilən məlumata görə, səfərdə məqsəd 10-11 iyun tarixlərində Astanada keçiriləcək Dünya və ənənəvi din liderlərinin V Qurultayında iştirak etməkdir.

Qurultayın budəfəki mövzusu “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu”dur.

Səfər Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultaylarının himayədarı - Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin dəvəti əsasında həyata keçirilir.

Əvvəlki Qurultayların da iştirakçısı olmuş QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin V Qurultayında da məruzə ilə çıxış edəcək. Şeyxülislam A. Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm