Məhkumlar imtahandan neçə aldı?
Bizi izləyin

Qırmızı.az

Məhkumlar imtahandan neçə aldı?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada ilk buraxılış imtahanları keçirib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, həmin gün eyni zamanda Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində də buraxılış imtahanları keçirilib.

Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər ) ümumi qaydada imtahan verib.

Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən “4” və “5” qiyməti alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm