Avtobus marşrutlarının xətlərində dəyişiklik edildi - Bakı 2015-in açılış və bağlanış günlərində
Bizi izləyin

Qırmızı.az

Avtobus marşrutlarının xətlərində dəyişiklik edildi - Bakı 2015-in açılış və bağlanış günlərində

Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Nəqliyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat-Maştağa istiqamətindən
107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəs. Əfəndiyev küçəsi -“Neftçilər” metrostansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küç.-Şərifli küç-Mirzəyev-Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küç-Bakıxanov qəs.-Mehmandarov küç-Sülh küç.-“Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək.

55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küç.-Bakıxanov qəs.-Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək.
93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən
100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi- H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr.- “H.Aslanov” metrostansiyasına qədər təşkil olunacaq.
116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel pr.-A.Cəlilov-K.Səfərəliyeva-28 May küç. (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti BülBülə qəs.-Bakıxanov qəs.-Əfəndiyev küç.-Şərifli küç.-Mirzəyev-Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214-Bakıxanov qəs.-Əfəndiyev küç.-Qəmbərov.-“Neftçilər” metrostansiyası-8 km bazarına qədər təşkil olunacaq.

Ziya Bünyadov prospekti istiqamətindən
11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev pr.-O. Vəliyev-M. Abbasov-A.Manafov-Q.Qarayev pr.-sonra mövcud xətt üzrə.

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.
207 saylı marşrutun xətti Binə T/M.-Dairəvi yol-Moskva pr.-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm