Lökbatanda yenə zəhərlənmə faktları var? - Əhali təşviş içindədir
Bizi izləyin

Qırmızı.az

Lökbatanda yenə zəhərlənmə faktları var? - Əhali təşviş içindədir

Lökbatanda yenə zəhərlənmə faktları var?

Hazırda Bakının Lökbatan qəsəbəsində təcili tibbi yardım briqadası 1-ci massivə səfərbər olunub.

Qəsəbənin təcili tibbi yardım mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bu gün mərkəzə yüzə yaxın müraciətlər edilib.

"Müraciətlər çoxdur. Hazırda panikadayıq".

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Lökbatan ərazisində hələ də qaz iyi hiss olunur. Bir çox binalara "mavi yanağaq"ın verilişi dayandırılıb. Eyni zamanda qaz verilən binalarda yaşayanlara təbii qazdan istifadə edərkən ehtiyatlı olmaq, baş verə biləcək hər hansı xoşagəlməz halla bağlı təcili tibbi yardım stansiyasına müraciət etmələri xahişi edilib.

***

Xəbər verilidiyi kimi, Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində ötən gün günorta saatlarında məişət qazından kütləvi zəhərlənmə baş verib.

Publika.Az-ın verdiyi xəbərə görə, martın 5-i saat 19:00 radələrində Səhiyyə Nazirliyinin 103 Təcili Tibbi Yardım stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsi sakinləri tərəfindən kütləvi zəhərlənmə ilə əlaqədar müraciətlər daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal hadisə yerində gəlmiş və 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyub:

“Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə Təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub. Daxil olmuş vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilmiş və həyati təhlükə olmadığı üçün bu gün səhər saatlarında evlərinə buraxılıb”.

Publika.Az-ın hazırda qəsəbədə olan əməkdaşlarının verdiyi məlumata görə, qəsəbədə kəskin iy hələ də hiss olunur. Birinci yaşayış masssivi deyilən ərazidən isə hələ də zəhərlənmə faktı ilə bağlı təcili yardıma müraciət edənlər var. Amma Təcili və Təxirə salınmaz Tibbi Yardım stansiyasının operativlər işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova faktı təsdiq etməyib:“Xeyr, zəhərlənmə ilə bağlı müraciət olunmayıb. Sadəcə halı pisləşənlər olub, biz də getmişdik. Bu da əsəb gərginliyi, qorxu keçiriblər onunla bağlıdır.

Ümumiyətlə, çağrışlar gəlir, narahat olurlar, deyirlər iyi gəlir. Amma yenə deyirəm zəhərlənmə yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm