25 mindən çox uşaq nikahdankənar doğulub
Bizi izləyin

Qırmızı.az

25 mindən çox uşaq nikahdankənar doğulub

Ötən il Azərbaycanda 25 mindən çox uşaq nikahdankənar doğulub.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, nikahdankənar doğulan uşaqların əksəriyyəti kənd yerlərindədir.

Belə ki, ötən il 25486 uşaq nikahdankənar doğulub. Onların 9772-si şəhər, 15714-ü kənd yerlərində doğulub.

Nikahdankənar doğulan uşaqlar ölkə ərazisində diri doğulanların 14.9%-ni təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə nikahdankənar doğulan uşaqların sayı 25385, 2011-ci ildə 30983, 2012-ci ildə 27031, 2013-cü ildə isə 25069 olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm