DSMF sədri: “Avropa Oyunlarıyla bağlı pensiyalar tez verilib”
Bizi izləyin

Qırmızı.az

DSMF sədri: “Avropa Oyunlarıyla bağlı pensiyalar tez verilib”

Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxtda və Sumqayıt şəhərində pensiyaların verilməsi vaxtından əvvəl başa çatdırılıb.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Fond sədri həmçinin qeyd edib ki, Azərbaycanın regionlarında maliyyələşmə bu gün tamamlanacaq: “I Avropa Oyunlarıyla bağlı paytaxtımıza dünyanın müxtəlif ölkələrindən qonaqların gəldiyini nəzərə alaraq bankomatlarda hər hansı sıxlığın yaranma ehtimallarını önləmək üçün DSMF cari ay üzrə maliyyələşmələri Bakı, Sumqayıt və Abşeron üzrə ayın 1-2-də tam yekunlaşdırıb. Pensiyaçılarımız pensiyalarını ayın ilk 5 günü ərzində tam çıxararaq əldə ediblər. Regionlarda isə maliyyələşmə bu gün tamamlanacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm