Dəfn müavinətinin verilməsi qaydası təkmilləşdiriləcək
Bizi izləyin

Qırmızı.az

Dəfn müavinətinin verilməsi qaydası təkmilləşdiriləcək

Vəfat edən şəxslərə görə dəfn müavinətlərinin verilməsi qaydası təkmilləşdiriləcək.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Fond sədri bildirib ki, dəfn müavinətinin verilməsi pensiyaçılar və sığorta olunanlar üçün DSMF orqanları tərəfindən reallaşdırılır: “Əgər şəxs pensiyaçıdırsa və vəfat edirsə, həmin şəxsin pensiyasının baza hissəsinə müvafiq şəkildə müavinət hesablanaraq ödənilir. Əgər həmin şəxs sığorta olunandırsa, Fond sığorta olunanlara görə sosial sığorta hadisəsi kimi qiymətləndirərək müavinət verir”.

E. Mehdiyev həmçinin qeyd edib ki, bu sistemin təkmilləşdirilməsi digər müavinət növləri üzrə nəzərdə tutulub və bunun məqsədi ödənilən sosial sığorta müavinətlərinin toplanan pensiya kapitalına bağlılığını yaratmaqdır: “Hazırda pensiyaların hesablanması toplanan pensiya kapitallarına uyğun reallaşdırılır və gələcəkdə islahat konsepsiyasına uyğun olaraq tədbirlərlə biz bunu daha da dərinləşdirmək niyyətindəyik. Amma müavinətlərin hesablanması və ödənilməsi toplanan pensiya kapitallarına uyğunlaşdırılmayıb. Bu isə bir sıra hallarda müəyyən fikir ayrılıqlarına səbəb olur ki, yuxarı əmək haqqı almış insanlar bu müavinəti əldə edəndə özlərinin itirilmiş gəlirləri olan əməkhaqları ilə çox aşağı məbləğləri əldə edərək narazılıqlar edirlər. Bunun da təbii səbəbi ondan ibarətdir ki, həmin müavinətlər onların ödədiyi sosial sığorta haqlarına bağlı deyil. Bu səbəbdən də əvvəlki qayda ilə hesablama üsuluna əsəslanılır. İslahatlar çərçivəsində ödənən sosial sığorta müavinətlərinin də pensiya kapitallarına bağlılığını təmin etmək niyyətindəyik”.

Fond sədri həmçinin vurğulayıb ki, burada məqsəd ondan ibarətdir ki, vətəndaşlar müavinətləri alarkən hansı sosial sığorta ödəyirsə, ona adekvat müavinət ala bilsinlər, həm də bu sahədə olan sui-istifadə hallarının qarşısı alınsın.

“Praktikada bu baxımdan bəzi sui-istifadə hallarına da rast gəlinir. Məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq istəyən şəxs zərurət olmadığı halda da müavinət üçün müraciət edir. Bu kimi hallar da aradan qaldırılacaq. İnsanın əldə etdiyi vəsait onun topladığı kapitala bağlı olduqdan sonra istər-istəməz bu kapitalı əldə etdikcə müavinətin azalmasına, gələcək pensiya təminatına mənfi təsir edəcəyinə müşahidə edəcək. Bu bütün problemləri tənzimləyəcək”, - DSMF sədri bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm