“Vətəndaşların fərdi hesablarında qeydiyyat prosesində boşluqlar var” – DSMF sədri
Bizi izləyin

Qırmızı.az

“Vətəndaşların fərdi hesablarında qeydiyyat prosesində boşluqlar var” – DSMF sədri

"Dövlət Sosial Müdafiə Fondunun internet saytı üzərindən bütün əhalinin məlumatlandırılması işi aparılır. Hər bir şəxs üzrə ödənilən sosial sığorta haqları məbləği barədə vətəndaşlar müraciət edərək fərdi hesabları barədə məlumatlar əldə edə bilərlər".

Publika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, vətəndaşların fərdi hesablarında qeydiyyat prosesində olan boşluqlar Fonda məlumdur: "Yəni bir çox hallarda işəgötürənlər vəsaitləri düzgün bölüşdürmür və ya ümumiyyətlə hesabatı təqdim edərkən işçilər üzrə fərdi məlumatları fondun orqanlarına vaxtında vermirlər. Məhz bu problemlərlə bağlı əhalini məlumatlandırmaq istəyirik ki, onlar hesablarına daxil olaraq müvafiq aylar üzrə vəsaitlərinin oturmadığını görüb öz işəgötürənləri üzərinə ictimai nəzarəti reallaşdırsınlar".

Fond sədri qeyd edib ki, bəzi hallarda vətəndaşlar bu məlumatı görüb yenə də fondun məbləği bazaya oturtmadığı iddialarını səsləndirirlər:

"Biz bütün baş verənləri bilirik. Ona görə də vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, onlar məlumatlardan faydalanaraq öz işəgötürənlərin üzərində nəzarəti tənzimləyə bilsinlər. Hazırda ölkədə 3 milyondan artıq sığorta olunan şəxs var. Ona görə də onların hər birini fərdi nəzarətçiyə çevirməklə bu sahədəki boşluqları aradan qaldıra bilərik".

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm