Publika.az-ın əməkdaşı mükafatlandırıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Publika.az-ın əməkdaşı mükafatlandırıldı - FOTO

Dövlət Sosial Müdafiə Fondu “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Publika.az-ın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər.

Aprelin 1-dən mayın 1-nə kimi keçirilən müsabiqəyə sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarı ilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub.

Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası üzrə 1-ci yeri “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev, 2-ci yeri “Melumat-merkezi.com” xəbər saytının redaktoru Günel Cəlilova və “Novosti.az” İnformasiya Agentliyinin müxbiri Fuad Əlizadə, 3-cü yeri isə “Azvision.az” xəbər saytının redaktoru Anar Rüstəmov, “İki sahil” qəzetinin müxbiri Sevinc Məmmədova, “Moderator.az” xəbər saytının redaktoru Seymur Əliyev tutublar.

Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə 1-ci yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Əli Rzayev, 2-ci yerə “İctimai” Televiziyanın böyük redaktoru Xuraman Məmmədova və “Lider” Televiziyasının müxbiri Rövşən Abdurəhmanov, 3-cü yerə isə “Space” Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri Famil Fərhadoğlu və “Region” Televiziyasının müxbiri Zümrüd İbrahimova layiq görülüblər.

Müsabiqənin yekunlarına əsasən Bir qrup jurnalist isə “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.

Publika.az xəbər saytının müxbiri Gülnar Əliyeva da mükafat alanlar sırasındadır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. Fondun sığorta- pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan E.Mehdiyev, bu işdə fəal iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirib və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm